<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>300</hymn_number>
<title>Dünya, sən artıq əsrləri,min illəri yola salmısan İL300</title>
<lyrics>[V1]
 Dünya, sən artıq əsrləri,min illəri yola salmısan,
 İndi yenə tələsirsən,sonuna yaxınlaşırsan.
 Aman dünya, yaman dünya, çatıbdır axırın, dünya.
 Aman dünya, yaman dünya,gecikmə xilasa, dünya.

[C1]
   Xəbər verir bundan Kəlam, bundan Kəlam.
   Xalqım üçün gec olmaya, gec olmaya.

[V2]
 Yer kürəsi tərpənəcək, dünya lərzəyə gələcək,
 Günəş işıq verməyəcək ,ulduzlar göydən düşəcək.
 Bütün dünya xalqları öz gözləriylə görəcək,
 Bütün dünya xalqları öz gözləriylə görəcək:

[C2]
   İnsan Oğlu böyük qüdrət və izzət ilə
   Göyün buludları üstündə görünəcək.

[V3]
 Rəbb borusu səslənəcək, mələklər göydən enəcək
 Və Rəbbin seçdiklərini Yer üzündən götürəcək.
 Yerdə fəryadlar olacaq, acı göz yaşları axacaq.
 Məsihə iman etməyən insanlarçün gec olacaq.

[C3]
   Xəbər verir bundan Kəlam, bundan Kəlam.
   Xalqım üçün gec olmaya, gec olmaya.</lyrics>
</song>